İsrailin əməliyyatlarının genişlənməsi milyonlarla fələstinli üçün fəlakət ola bilər.
Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, İsrailin hərbi əməliyyatlarını bütün Qəzza zolağına yaymaq ehtimalı ciddi narahatlıq doğurur və milyonlarla fələstinli üçün fəlakətli nəticələrə səbəb ola bilər.
Bu barədə BMT baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə müavini Miroslav Yença BMT Təhlükəsizlik Şurasının İsrailin xahişi ilə keçirilən fövqəladə iclasında çıxışı zamanı bildirib.
Yença Qəzzadakı vəziyyəti “dəhşətli və dözülməz” adlandıraraq deyib:
"Fələstinlilər hər gün acınacaqlı və qeyri-insani şəraitə məruz qalırlar. May ayının sonundan bəri, humanitar yardımların paylandığı, lakin hərbi nəzarət altında olan bölgələrdə ərzaq əldə etməyə çalışarkən 1200-dən çox fələstinli həyatını itirib, 8100-dən çoxu isə yaralanıb".
Aytən Yaşar/ Turkustan.az