Trampdan Qəzza açıqlaması: “Müharibəni davam etdirmək İsrailin qərarıdır”


ABŞ prezidenti Donald Tramp Qəzza ilə bağlı yeni açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Tramp bəyan edib ki, İsrail humanitar yardımın paylanmasına kömək edəcək, ərəb dövlətləri isə maliyyə dəstəyi verəcək.

Qəzzada insanların qidaya çıxışını təmin etmək istədiklərini ifadə edən Tramp müharibənin davam etdirilməsinin İsrailin məsələsi olduğunu bildirib.

ABŞ prezidenti İsrailin bütün Qəzzanı işğal etmə ehtimalı ilə bağlı şərh verməkdən imtina edərək, "Bu, İsrailə çox bağlı olan bir məsələdir" deyib.

ABŞ prezidenti bu həftənin sonunda ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədrliyi ilə bağlı qərarın veriləcəyini açıqlayıb.

ABŞ prezidenti Donald Tramp vitse-prezident JD Vancenin Respublikaçılar Partiyasından prezidentliyə növbəti namizəd olması ehtimalının güclü olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ