İsrail dövlət televiziyası adı açıqlanmayan hərbi rəsmilərin bütün Qəzza zolağının planlaşdırılmış işğalı barədə xəbərdarlıq etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, rəsmilər, baş nazir Binyamin Netanyahunun qərar verdiyi bildirilən Qəzzanı bütünlüklə işğal etmək planının həyata keçiriləcəyi təqdirdə İsrail ordusunun böyük itki verəcəyini bildirib.
Bu hücumlarda qarşıdurmalarda çox sayda İsrail əsgərinin öləcəyi və ya yaralanacağı ilə bağlı xəbərdarlıq etdikləri qeyd edilib.
Həmçinin bildirildi ki, hərbi rəsmilər bütün Qəzza zolağına yönələn hücumların Fələstin qrupları tərəfindən saxlanılan yaşayan İsrailli məhbusların həyatını da riskə ata biləcəyinə diqqət çəkiblər.
Yerli mediaya danışan adları çəkilməyən Baş nazirlik rəsmiləri Netanyahunun İsrail məhbuslarının saxlanıla biləcəyi ərazilərə qurudan hücumlar da daxil olmaqla Qəzzanın bütün hissəsini işğal etmək planına açıq olduğunu bildiriblər.
Aytən Yaşar/ Turkustan.az