ABŞ prezidenti Donald Tramp Moskvada Rusiya rəsmiləri ilə danışıqlar aparacaqlarını və bu danışıqların nəticələrinə əsasən Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalara qərar verəcəklərini bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Ağ Evdə keçirilən imzalanma mərasimindən sonra gündəmlə bağlı mətbuata açıqlamalar verib.
Yaxın Şərq üzrə xüsusi nümayəndə Steve Vitkoffun bu gün Moskvada Rusiya tərəfi ilə görüşəcəyini xatırladan Tramp bu danışıqların nəticəsini gözlədiyini bildirib.
Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyaların 100% olacağı iddiasına cavab verən Tramp: "Mən heç vaxt faiz rəqəmi verməmişəm, amma bununla bağlı çox iş görəcəyik. Bildiyiniz kimi, bu gün Rusiya ilə görüşümüz var. Görək nə olacaq. Sonra qərarımızı verəcəyik".
Aytən Yaşar/ Turkustan.az