Bu gün Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndə Stiven Uitkoff Moskvada səfərdə olacaq.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp vurğulayıb ki, ABŞ ən çox Ukraynada müharibənin dayandırılması üzərində işləyir, çünki digər müharibələri bir neçə gün ərzində dayandırmaq mümkün olub:
“Bu gün Rusiya ilə görüşlərimiz olacaq. Görək, nə baş verəcək. ABŞ sonradan qərar verəcək ki, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı genişmiqyaslı rüsumlar tətbiq edilsinmi? Bu addımlar Moskvada keçiriləcək danışıqlardan asılı olacaq”, - Tramp vurğulayıb. /axar.az/