Kanadanın baş naziri: Biz də Fələstin dövlətini tanıyacağıq


Kanadanın baş naziri Mark Karni Fələstin Milli Administrasiyasının islahatlara sadiq qalacağı təqdirdə, sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini tanımağı planlaşdırdıqlarını bəyan edib.

Turkustan.az xəbər verir ki, Karni mətbuat konfransında deyib: "Biz Fələstin dövlətini 2025-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyasında tanımağı planlaşdırırıq. Biz bunu etmək niyyətindəyik, çünki Fələstin Administrasiyası çoxdan ehtiyac duyulan islahatlara rəhbərlik etməyi öhdəsinə götürüb".

Karni Qəzzada humanitar vəziyyətin yaranmasına səbəb olan İsraili qınadı və iki dövlətli həll yolunun gözümüzün qabağında aşındığını bildirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ