Cənubi Qafqaz itirilsə, Rusiyanın bu bölgələrində qiyam başlayacaq - Sardaryan rusları qorxutdu


Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ)n idarəetmə və siyasət fakültəsinin dekanı Henri Sardaryan “Sputnik” radiosunun efirində Rusiyanın Zaqafqaziyada prioritet vəzifələrindən danışıb.

Turkustan.az xəbər verir ki, Sardaryan bildirib ki, Rusiya Cənubi Qafqazı itirsə, dəhşətli problemlərlə üz-üzə qalacaq.

“Biz bu ərazilərə bütün enerjimizlə, lakin tamamilə yeni yanaşma və məqsədlərlə daxil olmalı, sərhədlərimizdə nizam-intizamı bərpa etməliyik. Əgər Cənubi Qafqazı itirsək, dərhal Şimali Qafqazda problemlər başlayacaq, daha sonra Orta Asiyada, Volqaboyu, Tatarıstan, Başqırdıstan və ölkəmizin digər bölgələrində iğtişaşlar yaşanacaq”, - Sardaryan deyib./publika.az


MANŞET XƏBƏRLƏRİ