Conson: Qəzzaya minlərlə yardım TIR-ı gedir, HƏMAS oğurlayır


ABŞ Nümayəndələr Palatasının spikeri Mike Johnson, İsrailin embarqoları səbəbiylə aclıq böhranı yaşayan Qəzzadan çəkilən görüntüləri "ürək parçalayıcı" olaraq səciyyələndirərək, İsraili də müdafiə edərək, HƏMAS-ın yardımları oğurladığını iddia edib.

Turkustan.az xəbər verir ki, Conson NBC News-a Qəzzada aclıqla mübarizə aparan uşaqların görüntülərini nümayiş etdirərkən, "Görüntülər narahatedici və ürək ağrıdandır" dedi.

Conson İsrailin hücumlarının başladığı gündən Qəzzaya "94 min TIR-dan çox ərzaq yardımı" çatdırdığını iddia edib və HƏMAS-ın bu yardımın "böyük bir hissəsini oğurladığını" iddia edib.

Consonun iddialarından sonra proqramın aparıcısı New York Times xəbərinə istinad edərək, İsrail ordusunun Birləşmiş Millətlər Təşkilatı və digər yardım təşkilatları tərəfindən çatdırılan yardımların Həmas tərəfindən sistemli şəkildə oğurlandığına dair heç bir dəlil tapmadığını xatırladıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ