Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” keçid məntəqəsində 1300-dən çox Ermənistan yük maşını keçid üçün gözləyir.
Turkustan.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yazıb.
Qeyd olunub ki, 3612 yük maşını növbədədir, onlardan 1350-si Ermənistanındır.
Sıxlığın səbəbi turizm məqsədilə Gürcüstana və Ermənistana səfər edən Rusiya vətəndaşlarının çox olmasıdır. Bəziləri sərhədi keçmək üçün 4-8 saata qədər növbə gözləməyə məcbur olur.
Xatırladaq ki, Lars hərbi yolu Ermənistanla Rusiya arasında yeganə quru əlaqədir. /axar.az/