ABŞ Dövlət Departamenti davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Kiyev hökumətinə 322 milyon dollar dəyərində silah satışını təsdiqləyib.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Ukraynaya silah satışı ilə bağlı bəyanat yayıb.
Açıqlamada Kiyev administrasiyasına 322 milyon dollar dəyərində silah satışının Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinin yaxşılaşdırılması və zirehli döyüş texnikası ilə təmin edilməsi üçün təsdiq edildiyi bildirilib.
Konqresə göndərilən bildirişə əsasən, ABŞ istehsalı olan zirehli texnikanın alınması, texniki xidməti, təmiri və modernləşdirilməsi üçün 150 milyon dollar, yer-hava raket sistemləri üçün isə 172 milyon dollar büdcə ayrılıb.
ABŞ prezidenti Donald Tramp iyulun 14-də Ağ Evdə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Mark Rutte ilə Ukraynaya silah göndərilməsi barədə razılığa gəldiyini və ölkəsinin bu silahları istehsal edəcəyini və NATO üzrə müttəfiqlərinin xərclərini ödəyəcəyini açıqlayıb.
Rutte isə "ABŞ-ın Ukraynaya silah vermə qərarı çox önəmlidir. Avropa dövlətləri ilə görüşəcəyəm və Ukrayna üçün hərbi yardım konteynerləri hazırlayacağıq" deyib.
Aytən Yaşar/ Turkustan.az