Vatikan: Qəzza əhalisi məhv olur, artıq hərəkətə keçməyin zamanıdır


İsrailin Qəzzadakı hücumu ilə bağlı açıqlamalarına şübhə etmək üçün əsaslar var.

Turkustan.az xəbər verir ki, Vatikanın dövlət katibi (baş nazir) Kardinal Pietro Parolin iyulun 17-də İsrailin Qəzzanın şimalındakı Müqəddəs Ailə Kilsəsinə (Latın monastırı) təşkil etdiyi hücumla bağlı açıqlama verib. O bildirib ki, İsrailin bu hücuma dair verdiyi bəyanatlara şübhə ilə yanaşmaq üçün əsaslar mövcuddur və hadisənin “səhv” adlandırılması qəbuledilməzdir.

Kardinal Parolin iyulun 17-də baş verən və nəticədə üç nəfərin həyatını itirdiyi, azı on nəfərin isə yaralandığı hücumu qınayaraq, bu məsələ ilə bağlı dünən İtaliyanın RaG22 T Kanalında katoliklərin ruhani lideri Papa XIV Leo ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında baş tutmuş telefon danışığını şərh edib.

O, Netanyahunun birbaşa Papa ilə əlaqə qurmaq təşəbbüsünü müsbət qiymətləndirərək deyib:

“İsrailin Baş nazirinin Papa XIV Leo ilə birbaşa danışmaq istəyi alqışlanmalıdır. İndi bu danışıqdan və ya mümkün görüşdən sonra üç əsas məsələnin baş verməsini gözləməliyik: birincisi, vəd edilən araşdırmanın nəticələri ictimaiyyətə açıqlanmalıdır. İlkin bəyanatda hücumun 'səhvən' baş verdiyi qeyd olunsa da, istintaq aparılacağına dair vəd verilib. Bu vədin yerinə yetirilməsi və nəticələrin açıqlanması vacibdir.”

Kardinal Parolin həmçinin bildirib ki, artıq hərəkətə keçməyin zamanı çatıb:

“Mən ümid edirəm ki, Baş nazirin sözləri tezliklə konkret addımlarla müşayiət olunacaq, çünki Qəzzadakı vəziyyət dözülməz hal alıb.”

Parolin Qəzzadakı durumu “məhdud müharibə” adlandıraraq əlavə edib:

“Qəzza kimi bir əhalini necə aclığa və məhvə məhkum etmək olar? Artıq sərhədlər aşılıb".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ