Rusiya-Ukrayna müharibəsi davam edərkən ABŞ mətbuatı mühüm bir hadisəni gündəmə gətirib.
Turkustan.az xəbər verir ki, Pentaqon Ukraynaya vəd etdiyi bəzi hava hücumundan müdafiə raketlərinin çatdırılmasını dayandırmaq qərarına gəlib.
Göndərilməsi dayandırılan sursatlar arasında dəqiq raketlər də var.
Qərara səbəb ABŞ-ın silah ehtiyatlarının azalması olub və vəziyyət Ukraynanın sursat çatışmazlığı səbəbindən hava hücumundan müdafiə ilə bağlı problemlərlə üzləşəcəyinə inanan bəzi Konqres üzvlərinin narahatlığına səbəb olub.
“Politico”nun fikrincə, Ukraynaya dəstəyin digər sütunu yaradılmış iqtisadi yardım proqramıdır. “Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü” adlı maliyyə proqramı ilə Ukrayna ABŞ-ın müdafiə şirkətlərindən silah ala bilir.
Aytən Yaşar/ Turkustan.az