İsrailin 7 oktyabr 2023-cü ildən Qəzzaya hücumları davam etdiyi üçün ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəs prosesi ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti İsrailin 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini açıqlayıb və HƏMAS-ın da bunu qəbul edəcəyinə ümid etdiyini bildirib.
Tramp mümkün 60 günlük atəşkəs zamanı müharibənin tamamilə dayandırılması üçün səy göstəriləcəyini bəyan edib.
ABŞ prezidenti bəyan edib ki, onun nümayəndələri bu gün İsraillə uzun və məhsuldar danışıqlar aparıb, Qətər və Misir vasitəçilər də yekun atəşkəs təklifi üzərində işləyirlər.
Tramp HƏMAS-ın atəşkəsi qəbul edəcəyinə ümid etsə də, bunun baş vermədiyi təqdirdə vəziyyətin daha da pisləşəcəyinə diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az