Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun dövlət və hökumət başçıları sammitində iştirak etdiyi Haaqada ABŞ prezidenti Donald Trampla görüşüb.
Turkustan.az xəbər verir ki, görüşdə Yaxın Şərqdəki hadisələr və Qəzzadakı humanitar böhran diqqət mərkəzində olub.
Ərdoğan və Trampın qapalı görüşdən əvvəl jurnalistlərə poza verdikləri foto müzakirə mövzusu olub. İki liderin sevincli anları kameralar tərəfindən lentə alınarkən, Ərdoğanın əlindəki zərf maraq obyektinə çevrilib.
Jurnalist Murat Çiçək 24 TV-də sosial mediada çox danışılan zərflə bağlı sualları cavablandırıb. Çiçək zərflə bağlı bunları deyib: "Bunu mənbələrdən soruşdum. Zərfin özü bizə məxsusdur. Bu, Amerikanın bizə verdiyi zərf deyil. Prezidentin bu görüşləri ilə bağlı Rabitə İdarəsi və ya dövlət qurumlarının hazırladığı məlumat qeydlərinin olduğu zərfdir".
Aytən Yaşar/ Turkustan.az