Ukrayna döyüş xəttində insan çatışmazlığından yaranan çətinlikləri aradan qaldırmaq üçün robotlardan istifadəni sürətlə artırır.
Turkustan.az "The Economist"-in hazırladığı materiala istinadən xəbər verir ki, Kiyev artıq pilotsuz yerüstü nəqliyyat vasitələrini (UGV) stress sınaqlarından keçirir.
UGV-lər artıq ön cəbhədə fəaliyyət göstərir və 3-cü Hücum Briqadası qabaqcıllardan biridir. Qzəet qeyd edir ki, onlar hələ çox deyil, lakin bu, tezliklə dəyişə bilər: Ukrayna yazda cəbhə xəttində 15 000 yer robotu yerləşdirməyi planlaşdırdığını açıqlayıb.
Bəzi sənaye oyunçuları 2023-cü ildə İHA-ların kütləvi istehsalının baş verdiyi kimi, döyüş meydanının bu yay kəskin şəkildə dəyişəcəyini proqnozlaşdırırlar. Bir robot istehsalçısı deyir: “Rusların “ət divarını” dayandıracaq adamlarımız yoxdur. Beləliklə, biz “zombilərimizi” onların zombilərinə qarşı göndərəcəyik”.
Təxminən 40-a yaxın özəl Ukrayna şirkəti hazırda 200-ə yaxın UGV modeli istehsal edir. Onlar şərti olaraq üç növə bölünür:
-logistika (yanacaq, su, evakuasiya),
-mühəndislik (minaların çəkilməsi və təmizlənməsi, rabitə),
və daha az dərəcədə - döyüş (qumbaraatan platformalar, dron-ov qüllələri).
Robotların əksəriyyəti cəbhəyə göndərilməzdən əvvəl gücləndirilir: kameralar, əlavə kommunikasiyalar və ya elektron müharibədən qorunma əlavə olunur.
"Qətl Evi"ndə ("yer robotları üçün universitet" adlanır- red.) "UGV Akademiyası" nın rəhbəri "Stark" deyir ki, maşınlar müəyyən vəziyyətlərdə artıq bütöv əsgər qruplarını əvəz edir.
Ukraynanın yük dronları tonlarla avadanlığı mövqelərə çatdırır. “Ardal” kimi yeni evakuasiya dronları həkimlər üçün riski aradan qaldırır. Müasir minaçı robotlar bir anda onlarla tank əleyhinə mina qoyurlar.
“Xızak” 200 metr məsafədən digər dronları vuran süni intellektlə işləyən drondur. Onun "qardaşı" - 7,62 mm-lik pulemyotlu platforma olan "Lyut" ilk olaraq Kursk vilayətində pusqu əməliyyatında özünü göstərib. UGV Robotics şirkətinin yaradıcısı Vasili deyir ki, bu maşınlardan istifadənin yeniliyi rusları o qədər heyrətləndirdi ki, onlar özləri mövqelərini tərk edərək, digər bölmələrə onları məhv etməyə imkan verdilər.
Əvvəlcə UGV operatorları maşınlardan bir kilometrdən çox olmayan bir radiusda olmalı idi. KİV yazır ki, 92-ci briqadadan olan “Kölgə” və “Şura” əvvəllər robotu cəbhə xəttinə piyada necə müşayiət etməli olduqlarını xatırladırlar – bu, dronların üstünlük təşkil etdiyi indiki şəraitdə intihara bərabər olardı. İndi onlar Starlink vasitəsilə onlara qoşularaq Xarkov vilayətindəki qərargahdan maşınlara nəzarət edirlər.
Bununla belə, yaradıcıları belə robot döyüşləri dövrünün gəldiyinə inanmırlar.
"Bəli, maddi-texniki təminatda köməklik edəcəklər, özlərini orda-burda sığortalayacaqlar. Amma heç vaxt piyadaları əvəz etməyəcəklər", - Şura deyir.
Robot döyüşçülərdən kütləvi istifadə üçün bir neçə əsas maneə var:
Rabitə. Starlink meşələrdə və ya çətin ərazilərdə işləmir. Dronların bir-birinə məlumat ötürdüyü mesh şəbəkələri əsas qovşaqlar itirildikdə dağılır.
Texnologiya. Logistika və kamikadze hücumları üçün UGV-lər istehsal edən Bureviy bürosundan mühəndis Viktor deyir ki, maşınların kütləvi şəkildə aktiv döyüşlərdə istifadə edilməsindən əvvəl süni intellekt və maşın görmə qabiliyyətinin təkmilləşdirilməsi lazımdır. Bu, təxminən bir il çəkə bilər.
Heyət. Viktor əlavə edir: "Bizim kifayət qədər missiyaları yerinə yetirəcək və sağ qalacaq operatorlarımız demək olar ki, yoxdur".
Qəzet yazır ki, Ukrayna hazırda UGV yarışında qalib gəlir - sadəcə məcbur olduğu üçün: "Ordusunu hər ay 8-9 min nəfərlə dolduran Rusiya elə də təcili ehtiyac hiss etmir. Lakin ukraynalı tərtibatçılar etiraf edirlər: FPV dronlarında olduğu kimi, Rusiya Ukraynanın ən yaxşı işlərini ələ keçirə, onları standartlaşdıra və kütləvi istehsal qura bilər”. /Musavat.com/