Ronaldo yeni müqavilə imzaladı! Sadəcə 1 dəqiqədə hesabına yatırılan pula baxın


Səudiyyə Ərəbistanının “Əl-Nassr” komandası dünya ulduzu Kriştiano Ronaldo ilə rekord 2 illik müqavilə imzalayıb.

Turkustan.az xəbər verir ki, Kriştiano Ronaldonu “Əl-Nəsr”ə gətirən səudiyyəlilər ulduz futbolçuya pul yağdırmaqda davam edir. İyun ayında müqaviləsi bitən 40 yaşlı ulduzla 2 illik yeni müqavilə imzalasa da, onun qazanacağı pul yenə çox danışılıb.

Məlumatlara görə, portuqaliyalı superulduz “Əl-Nassr”dakı yeni müqaviləsi ilə klubundan illik 400 milyon avro qazanacaq.

Bu o deməkdir ki, o, ayda 33,34 milyon avro, həftədə 7,6 milyon avro, gündə 1,1 milyon avro, saatda 46,300 avro, dəqiqədə 772 avro və saniyədə 13 avro qazanacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ