Qiyməti yarım milyard dollar, çəkisi 15 ton - İranı bu bomba ilə vuracaqlarmı?


Məlum olduğu kimi, İranın əsasən hərbi obyektlərini bombalayan İsrailin bu ölkənin yer altında gizlədilən əsas nüvə obyektlərini məhv edə biləcək silahları yoxdur.

Turkustan.az xəbər verir ki, bu mövzuyla bağlı “New York Post” silah ekspertlərinə istinadla yazı dərc edib. Orada qeyd olunur ki, İranın Fordodakı yeraltı nüvə obyektini məhv etmək üçün yalnız ABŞ-nin arsenalında olan GBU-57A/B super ağır bomba effektli ola bilər.

Bu nüvə obyekti təxminən 90 metr dərinlikdə, dağın altında yerləşir, onu məhv etmək olduqca çətindir: "Bunu edə biləck həm təyyarəyə, həm də hərbi sursat yalnız ABŞ-yə aiddir. Bomba yerdə bir qədər məsafədə dəlik açır və sonra partlayır, bu da onun yeraltı strukturlara çatmasına imkan verir. Belə bir döyüş sursatının dəyəri 500 milyon dolları ötür, çəkisi isə 15 tondur. Onu yalnız İsraildə olmayan “B-2 Spirit” strateji bombardmançıları daşıya bilər”.

Mütəxəssislər onu da qeyd ediblər ki, 2013-cü ilə qədər ABŞ Hərbi Hava Qüvvələrinin ixtiyarına cəmi 20 ədəd bu cür bomba verilib. Vaşinqton onları ən yaxın müttəfiqlərinə, o cümlədən İsrailə belə verməkdən imtina edib. Lakin hazırda İrana qarşı davam edən hücumda bu bombalardan istifadə olunacağını istisna etmək olmaz. Əksinə, ekspertlərin də bildirdiyi kimi, məqəsəd İranın nüvə proqramına son qoymaqdırsa, həmin bombalardan istifadə edilmədən buna nail olunması mümkünsüz görünür. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ