Ərdoğan İsraili HƏDƏLƏDİ: Biz hazırıq!


Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM Qrup Toplantısında gündəmlə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, 6 gündür davam edən İsrail- İran qarşıdurması ilə bağlı dəyərləndirmələr edən Ərdoğan: "Bütün qurumlarımız və bütün əlaqədar dostlarımız bu hücumların Türkiyəyə mümkün təsirləri ilə bağlı həyəcan təbili çalır . Hər cür mənfilik və ssenarilərə qarşı hazırlıq görmüşük və edirik" dedi.

" İsrail Qəzzada soyqırım törədərkən, Livan, Suriya, Yəmənə də hücum edir, oradakı dinc əhalini qətlə yetirir. Hər gün İordan çayının qərb sahilindəki mülki yaşayış məntəqələrinə hücum edir, orada günahsız insanları qətlə yetirir, onları addım-addım işğal edir. Bütün bunlar yetərli deyilmiş kimi , İsrail quldurluğunu genişləndirib. İranın İsrailin bu quldurluğuna , bu dövlət terroruna qarşı özünü müdafiə etməsi tamamilə təbii və qanuni haqqıdır" .

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ