Medvedev: Nüvə münaqişəsi təhlükəsi tamamilə realdır


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, nüvə münaqişəsi təhlükəsi tamamilə realdır, baxmayaraq ki, belə bir ssenari heç kimə lazım deyil.

Turkustan.az xəbər verir ki, onun bəyanatı İsrail Müdafiə Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi hədəflərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirdiyi genişmiqyaslı əməliyyata başlaması fonunda verilib.

Medvedev Telegram kanalında qeyd edib ki, onu tez-tez nüvə ritorikasını yaymaqda ittiham edirlər, lakin onun sözlərinə görə, bunu təsadüfən demir. O, nüvə münaqişəsi riskinin mövcud olduğunu, sürətlə inkişaf edə biləcəyini və heç bir tərəfə fayda verməyəcəyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ