“İyunun 2-də İstanbulda Rusiya ilə Ukrayna arasında keçirilən danışıqlar zamanı Kiyev nümayəndəsi başqa biri ilə telefon əlaqəsi saxladı və onu vəziyyətlə bağlı məlumatlandırdı”.
Turkustan.az xəbər verir ki, bunu “RİA Novosti”nin İstanbul müxbiri deyib.
O, Kiyev rəsmisinin Türkiyənin xarici işlər naziri Hakan Fidanın çıxışı zamanı bunu etdiyini söyləyib:
“Danışıqların ikinci raundu üzrə görüş bir saatdan çox davam etdi. Ukrayna nümayəndə heyətinin üzvlərindən biri danışıqlar başlamazdan əvvəl naməlum bir şəxsə mesaj göndərdi. Daha sonra nömrəni yığdı və ona vəziyyətlə bağlı məlumat verməyə başladı. Bu, Hakan Fidanın mətbuata açıqlamalar verdiyi zaman yaşandı. Lakin zəngin kimə edildiyi məlum deyil”.
Qeyd edək ki, ötən gün baş tutan danışıqlar zamanı Rusiya tərəfi Ukraynada problemin həlli üçün hazırladığı nizamnamə memorandumunu Kiyev nümayəndələrinə təqdim edib./Globalinfo.az