Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada Rusiya rəsmiləri ilə görüşündə iyunun 1-də Ukraynanın Bryansk və Kursk vilayətlərində dəmir yolu infrastrukturuna edilən bombalı hücumlardan danışıb.
Turkustan.az xəbər verir ki, bu hücumların həyata keçirilməsi qərarının Ukraynada siyasi müstəvidə verildiyini bildirən Putin: "Bryansk və Kursk vilayətlərində dəmiryol relslərinin partladılması, şübhəsiz ki, terror aktıdır. Ukrayna hökuməti terror təşkilatına çevrilərkən, Kiyevin sponsorları terrorçuların ortaqlarıdır" deyib.
Ukrayna və müttəfiqlərinin yaxın vaxtlara qədər döyüş meydanında Rusiyanın “strateji məğlubiyyəti” arzusunda olduğunu bildirən Putin: “Bu gün böyük itkilər verən, bütün münaqişə xətti boyunca geri çəkilən və Rusiyanı qorxutmağa çalışan Kiyev rəhbərliyi terror aktları təşkil etməyə başlayıb"-deyə, əlavə edib.
Rusiyanın təklif etdiyi, Ukraynanın isə rədd etdiyi "2-3 günlük atəşkəs" təklifindən danışan Putin: "Bu, bizi təəccübləndirmir. Bu hadisələr bizi inandırır ki, Kiyev rejiminin sülhə qətiyyən ehtiyacı yoxdur. Ukrayna hakimiyyəti sülhdə maraqlı deyil, onları maraqlandıran yeganə şey öz güclərini qorumaqdır"-deyə, vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az