İyunun 3-nə keçən gecə Rusiya qoşunları Ukraynanın bir sıra bölgəsinə, o cümlədən Odessa və Çerniqova hücum edib.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, Odessada 5 nəfər yaralanıb:
“Çerniqov vilayətində də 4 nəfər yaralanıb. Həmçinin Xarkov ətrafında poçt-terminala hücum edilib, hücum yanğınla nəticələnib, iki anbar binası və konteynerlər alovlanıb, lakin itkilər barədə məlumat verilməyib”.
Səhər saatlarında isə Rusiya qüvvələri çoxsaylı reaktiv yaylım atəş sistemindən istifadə etməklə Sumı atəşə tutub:
“İki nəfər ölüb, 20 nəfər yaralanıb”.