Türkiyənin cənub-qərb sahilində 5,8 bal gücündə zəlzələ olub.
Turkustan.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Muğla vilayətinin Marmaris rayonundan 10,43 km məsafədə – Aralıq dənizində qeydə alınıb.
Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.
Zəlzələnin Muğla şəhəri ilə yanaşı İzmir və Antalyada da hiss edildiyini bildirilib.
Muğla valisi İdris Akbıyık ölkənin cənub-qərb sahilində baş vermiş güclü zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin isə yaralandığını açıqlayıb.
O, dağıntıların olmadığını qeyd edib.