Britaniya yeni müdafiə strategiyasının bir hissəsi olaraq “müharibə hazırlığı” rejiminə keçir.
Turkustan.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Keir Starmer bazar ertəsi, iyunun 2-də bildirib.
Britaniya hökuməti başçısının sözlərinə görə, milli ordu hərbi təhdidlərə qarşı hazır olmalıdır. O qeyd edib ki, Britaniyanın təhlükəsizliyinin qabaqcıl texnologiya ilə silahlanmış dövlətlər tərəfindən təhdid edildiyi bir vaxtda, lazım gələrsə, sülhü güc yolu ilə təmin edə bilmək vacibdir.
"Biz müharibəyə hazır vəziyyətə keçirik, bu, silahlı qüvvələrimizin əsas məqsədi olacaq", -deyə, Starmer BBC-ə bildirib.
Ukrayna mediası da yazıb ki, Polşa tərəfi Rusiya ilə müharibəyə hərtərəfli hazırlıq görür. Xüsusilə, Varşava sürətlə müxtəlif silahlar alır.
Aytən Yaşar/ Turkustan.az