Rusiya Hava Hücumundan Müdafiə Diviziyasının komandiri Yuri Daşkin Ukrayna ordusunun pilotsuz təyyarələrinin Kursk vilayətində Rusiya prezidenti Vladimir Putinin helikopterinə hücum etməyə cəhd etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Rusiya Hava Hücumundan Müdafiə Diviziyasının komandiri Yuri Daşkin Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Kursk vilayətində Rusiya prezidenti Vladimir Putinin helikopterini hədəfə aldığını iddia edib.
Daşkının verdiyi məlumata görə, hücum zamanı Putinin vertolyotu havada olub və Ukrayna PUA-larına qarşı intensiv müdafiə əməliyyatı aparılır. Komandir bildirib ki, Ukrayna qüvvələri hücumu gücləndirib və Putinin helikopterinin ərazidə uçduğunu görüb ona cəmlənib. “Ona görə də biz eyni vaxtda hava hücumundan müdafiə döyüşləri apardıq və Prezidentin helikopterinin havada təhlükəsizliyini təmin etdik”-deyə, Daşkın bildirib.
Aytən Yaşar/ Turkustan.az