Ukraynalılar da bilir, bu ərazi Rusiyaya qalacaq - Makron


Böyük ehtimalla, Krım Rusiyanın olaraq qalacaq.

Turkustan.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron BFMTV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya ilə münaqişədən sonra bütün ərazilərin geri alına bilməyəcəyi ukraynalılar üçün tamamilə aydındır.

Fransa prezidenti bildirib ki, 2014-cü ildən Rusiyanın nəzarətində olan Krım Rusiya və Ukrayna arasında danışıqların əsas punktlarından birinə çevrilməlidir:

“Əgər iki ölkə arasında sülh bağlanarsa, bu ərazi çox güman ki, Rusiyanın tərkibində qalacaq”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ