Ermənistan parlamentində əlbəyaxa dava - VİDEO


Ermənistan parlamentinin bugünkü iclasında dava düşüb.

Turkustan.az xəbər verir ki, parlament sədrinin müavini Akop Arşakyan müxalifətdən olan deputat Levon Köçəryanın çıxışını bəyənməyib.

Vitse-spiker, hakim “Mülki müqavilə” fraksiyasının nümayəndəsi Akop Arşakyanın “Hayastan” müxalifət blokundan olan deputat Köçəryanın baş nazir Nikol Paşinyan haqqında sərt çıxışına kəskin reaksiya verməsindən sonra vəziyyət gərginləşib.

"Levon Köçəryan, öz yerini, həddini bil!", - deyə Arşakyan Köçəryanın ünvanına kobud ifadə işlədib.

“Ara Levon, otur və sənə deyilənlərə qulaq as!”, - Arşakyan onun üstünə qışqırıb.

Daha sonra o, hətta Köçəryanı iclas zalından qovmaqla hədələyib.

Bunun ardınca zalda gərgin mübahisə başlayıb və bu, tez bir zamanda fiziki toqquşmaya çevrilib: deputatlar bir-birini itələməyə başlayıb və bunun ardınca əlbəyaxa dava düşüb./modern.az


MANŞET XƏBƏRLƏRİ