ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin cümə axşamı Türkiyədə keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlarda iştirak edib-etməyəcəyini bilmədiyini deyib.
Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanından Qətərə gedərkən təyyarədə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Tramp: "Putin mənim orada olmağımı istəyir və bu, bir ehtimaldır. Mən orada olmasam, onun orada olub-olmayacağını bilmirəm. Biz bunu öyrənəcəyik" deyib.
Aytən Yaşar/ Turkustan.az