Sensasion iddia: Rusiya İlon Maskı ələ almaq istəyib - Ətrafı Kreml agentləri ilə doludur


Federal Təhqiqatlar Bürosunun keçmiş əməkdaşı Conatan Buma sahibkar və ixtiraçı İlon Maskın tərəfdaşları arasında “Kreml agentləri”nin yerləşdirildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki,oOnun sözlərini Almaniyanın ZDF telekanalı sitat gətirib.

"Maskdan əlavə, Bumanın sözlərinə görə, Rusiya kəşfiyyat xidmətlərinin hədəfi “PayPal”ın yaradıcısı Peter Tiel olub.

Bumanın sözlərinə görə, Kreml agentləri hər iki sahibkara Rusiya prezidenti ilə birbaşa əlaqə qurmağı təklif ediblər.

“ Onlar yəqin ki, bir neçə dəfə danışıblar", - keçmiş FTB agentinin versiyası ZDF-nin məqaləsində səsləndirilib.

Conatan Buma əlavə edib ki, “Rusiya xüsusi xidmət orqanları” adlanan qurum onun qadınlara olan sevgisindən və qeyri-qanuni narkotiklərə aludəliyindən yararlanaraq ələ almaq istəyib.

Lakin eks-agent hər hansı maddi sübut təqdim etməkdən imtina edərək, onu “məxfilik” səviyyəsi ilə əsaslandırıb./publika.az


MANŞET XƏBƏRLƏRİ