Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Yaxın Şərqdəki gərginliyi azaltmaq və “Qəzzada müharibəni bitirmək” üçün çalışdıqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Bin Salman ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ər-Riyadda keçirilən Körfəz Əməkdaşlıq Şurası (KƏŞ)-ABŞ Sammitinin açılışında çıxış edib.
Körfəz-ABŞ Zirvəsinin əməkdaşlığın inkişaf etdirilməsi və ortaq hərəkətə keçmə istəyini əks etdirdiyini bildirən Bin Salman: "Bölgədəki gərginliyi dayandırmaq, Qəzzada müharibəni dayandırmaq və Fələstin məsələsinə hərtərəfli həll yolu tapmaq üçün çalışırıq" deyib.
Aytən Yaşar/ Turkustan.az