Trampın Suriya Prezidenti ilə görüşünə Ərdoğan onlayn formatda QATILDI


Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp və Suriya Prezidenti Əhməd əş-Şaraa ABŞ ilə Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası arasında Ər-Riyadda baş tutacaq sammit ərəfəsində görüş keçiriblər.

Turkustan.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Mənbə qeyd edir ki, görüş ərəfəsində ABŞ Prezidenti bəyan edib ki, Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv etmək niyyətindədir.

“Suriyaya inkişaf etmək şansı vermək üçün bu ölkəyə qarşı sanksiyaların dayandırılması barədə göstəriş verəcəyəm”, — deyə Tramp bildirib.

Daha sonra iki liderin görüşünə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da qoşulub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə görüşə onlayn formatda qatılıb./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ