Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətəri əhatə edən üç günlük Körfəz sammitində ABŞ Prezidenti Donald Trampın ən böyük dəstəkçilərindən biri və səlahiyyət verdiyi Hökumətin Səmərəliliyi Naziri İlon Mask da iştirak edəcək.
Turkustan.az xəbər verir ki, "Reuters" ortaq planlaşdırma memorandumuna istinadən xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanının bir sıra məsələlər üzrə genişmiqyaslı sazişlər imzalayacağı gözlənilir.
İlon Mask Tramp administrasiyasının faktiki hissəsi kimi Ər-Riyadda keçiriləcək Səudiyyə-ABŞ investisiya forumunun dəvətli iştirakçıları arasında olacaq.
Aytən Yaşar/ Turkustan.az