Aylar sonra bir ilk! Ərdoğanla Baxçalı arasında sürpriz görüş


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı bu gün saat 19:00-da sürpriz görüş keçirəcək.

Turkustan.az xəbər verir ki, görüşün Baxçalının Ankaradakı şəxsi iqamətgahında keçiriləcəyi öyrənilib. Görüş zamanı regional və qlobal hadisələrin, aktual siyasi məsələlərin müzakirəsi gözlənilir.

Kommunikasiya direktoru Fahrettin Altun sosial media hesabında görüşlə bağlı bunları yazıb:

Bildirək ki, Ərdoğan və MHP sədri Dövlət Baxçalı sonuncu dəfə 2025-ci il yanvarın 9-da görüşüblər. Görüş Ankaranın Çankaya rayonundakı Bahçelinin iqamətgahında baş tutub və təxminən 40 dəqiqə davam edib. Mətbuata qapalı keçirilən bu görüşdən sonra rəsmi açıqlama verilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ