Ukrayna ordusu cəbhədə ilk Şimali Koreya hərbi texnikasını məhv edib – VİDEO


Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatı Xarkov vilayətində Şimali Koreyanın “Bulsae-4” raket sistemini vurub.

Turkustan.az xəbər verir ki, bu barədə “Forbes” nəşrinin analitiki Devid Axın məlumat verib.

Qeyd olunub ki, bu, Şimali Koreya texnikasına ilk təsdiqlənmiş zərbədir.

Bildirilib ki, qeyri-müəyyən sayda “Bulsae-4”-dən əlavə, Şimali Koreya Rusiyaya onlarla “M1989” haubitsa və “M1991” raket buraxılış qurğuları verib.

/AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ