Şahruddin "Qarabağ"a qayıdır - "Tərəflər razılığa gəliblər"


Bu yaxınlarda Türkiyənin “Adana Dəmirspor” klubundan ayrılan Şahruddin Məhəmmədəliyevin yenidən "Qarabağ"a qayıdacağı bildirilir.

Turkustan.az xəbər verir ki, bu barədə "Azerisport" nəşri məlumat yayıb.

Məlumata görə, komandaya yerli qapıçı lazım olduğundan, "köhlən atar" Şahruddini geri gətirmək istəyirlər.

Nəşr artıq tərəflərin razılığa gəldiyini və 30 yaşlı qolkiperlə tezliklə müqavilə imzalanacağını iddia edib.

Qeyd edək ki, Şahruddin 2016-ci ildən “köhlən atlar”da forma geyib. Ötən ilin yayında getdiyi “Adana Dəmirspor”dan isə bu yaxınlarda ayrılıb. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ