“Qarabağ”ın mərhələ adlamaq şansı varmı? - Mütəxəssis rəyi


"Püşkün bizim üçün uğurlu olmadığını söyləmək olar. Demək olar ki, ən güclü iki rəqibdən biri "Qarabağ"la düşdü".

Turkustan.az xəbər verir ki, bu sözləri tanınmış futbol mütəxəssisi, Qol.az saytının baş redaktoru Aydın Bağırov deyib. O, "Qarabağ"ın Avroliqanın 1/8 finalında qarşılaşacağı rəqibi - "Bayer" (Almaniya) haqda fikirlərini bölüşüb. Qeyd edib ki, "Bayer" bu mövsüm göstərdiyi parlaq oyun və nəticələrlə dünya futbolunu heyrətləndirməkdədir:

"Komanda Almaniya bundesliqasında 22, Avroliqada 6 oyunda bir dəfə də olsun uduzmayıb. Bu 28 matçdan cəmi 4-də heç-heçə edib, 24-də qələbə qazanıb. O cümlədən 2 dəfə "Qarabağ"a.

"Qarabağ"ın mərhələ adlamaq şansı, əlbəttə, artıq mözuzə olar. Amma istənilən halda 1/8 finala qədər gəlmək belə Azərbaycan futbolu adına parlaq və tarixi nəticədir".


MANŞET XƏBƏRLƏRİ