“Qarabağ” – “Çelsi” oyunu başlayıb


UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” və “Çelsi” arasındakı oyun başlayıb.

APA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir.

***

Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab açılıb.

Görüşün 16-cı dəqiqəsində rəqibin heyətində Estevao fərqlənib.

***

Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab bərabərləşib.

Qarşılaşmanın 29-cu dəqiqəsində "Qarabağ"ın heyətində Leandro Andrade fərqlənib.

***

Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda Ağdam təmsilçisi önə keçib.

Qarşılaşmanın 39-cu dəqiqəsində Yankoviç penaltidən fərqlənib.

***

Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab bərabərləşib.

Görüşün 53-cü dəqiqəsində rəqibin heyətində Qarnaço fərqlənib.


MANŞET XƏBƏRLƏRİ