Rusiya: Yeni Putin-Tramp sammiti üçün şərtlər yerinə yetirilməyib


Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında yeni sammit üçün lazımi şərtlərin yerinə yetirilmədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Ryabkov Rusiya ilə ABŞ arasındakı əlaqələrlə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib.

ABŞ ilə təmaslarını davam etdirdiklərini bildirən Ryabkov, "Gündəmimiz genişdir. Təhlükəsizliklə bağlı məsələlər gündəmin mərkəzindədir" dedi.

Ryabkov ABŞ-la birbaşa uçuşların başlanmasının tərəfdarı olduqlarını bildirsə də, bununla bağlı heç bir inkişafın olmadığını bildirib.

Rusiya prezidenti Putin və ABŞ prezidenti Tramp arasında yeni sammitin mümkünlüyü ilə bağlı Ryabkov deyib:

"Ən yüksək səviyyədə keçirilən istənilən görüş hərtərəfli hazırlıq və bütün aspektlərin hərtərəfli nəzərdən keçirilməsini tələb edir. Belə bir görüş üçün nə birinci, nə də ikinci şərt bu günə qədər yerinə yetirilməyib. Bu mərhələdə iki liderin avqust ayında Ankoricdə formalaşdırdığı çərçivəni konkret detallarla doldurmaq bizim üçün vacibdir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ