Aİ ölkələri 2040-cı ilə qədər emissiyaları 90 faiz azaldacaq


Avropa İttifaqı (Aİ) ölkələri 2040-cı ilə qədər emissiyaları 90 faiz azaltmağa razılaşıblar.

Turkustan.az xəbər verir ki, Avropa Şurası üzv ölkələrin nümayəndələrinin İttifaqın 2040-cı il iqlim hədəfi ilə bağlı ortaq mövqe müəyyənləşdirdiyini açıqlayıb.

Bəyanatda üzv dövlətlərin 1990-cı il səviyyələri ilə müqayisədə 2040-cı ilə qədər xalis istixana qazı emissiyalarının 90 faiz azaldılması ilə bağlı məcburi hədəf üzərində razılaşdıqları və yeni addımın Aİ-nin 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq kimi uzunmüddətli hədəfinə uyğun olaraq atıldığı qeyd edilib.
Açıqlamada, AB-nin rəqabət qabiliyyətini qorumaq və balanslı keçidi təmin etmək üçün üzv dövlətlərə müxtəlif çevikliklərin təklif ediləcəyi, AB ölkələrinin xalis emissiyalarının yüzdə 5-i qədər beynəlxalq karbon kreditlərindən istifadə edə biləcəkləri bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ