8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Azərbaycanda iş və istirahət günlərinin yeri dəyişdirilib.
Turkustan.az metbuat.az-a istinadən xəbər verir ki, həmin gün bu il bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilərək 9 mart da qeyri-iş günü elan edilib.
Beləliklə, şənbə, bazar və bayram günləri də daxil olmaqla, mart ayında ümumilikdə 17 gün qeyri-iş günü olacaq.