İran: Top ABŞ-ın meydanındadır


İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt Rəvançi ölkəsi ilə ABŞ arasında davam edən danışıqlara münasibət bildirib.

Turkustan.az xəbər verir ki, IRNA-nın məlumatına görə, Rəvançi BBC-yə müsahibəsində deyib: “Top ABŞ-ın meydanındadır. Əgər onlar sanksiyaları müzakirə etməyə hazırdırlarsa, biz də bu məsələni və nüvə proqramımızla bağlı digər məsələləri müzakirə etməyə hazırıq”.

Rəvançi vurğulayıb ki, İran nüvə danışıqlarında yalnız nüvə proqramına diqqət yetirəcək. Onun sözlərinə görə, İranın raket proqramının danışıqlara daxil edilməsi tələbi Israel tərəfindən irəli sürülüb.

O, həmçinin ABŞ-ın bölgədə hərbi mövcudluğunu artırması ilə bağlı narahatlığını ifadə edib və mümkün müharibənin “dağıdıcı və hər kəs üçün, xüsusilə də bu hücumu başladanlar üçün zərərli” olacağını bildirib.

Rəvançi əlavə edib ki, əgər Vaşinqton sanksiyaların aradan qaldırılmasını müzakirə etməyə hazır olsa, Tehran nüvə sazişinə nail olmaq üçün müəyyən güzəştləri nəzərdən keçirməyə hazırdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ