ABŞ administrasiyası İranın nüvə proqramı üzrə danışıqlar nəticəsiz qalacağı təqdirdə İsrailin İrana endirə biləcəyi zərbələrə dəstək verməyə hazırdır.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin dekabrında İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib.
“Clash Reрort”un məlumatına görə, o vaxtdan bəri ABŞ hərbi və kəşfiyyat rəsmiləri ABŞ-ın İsrailə hava yanacaqdoldurma və uçuş icazələrinin təmin edilməsi daxil olmaqla, necə kömək edə biləcəyi barədə daxili danışıqlara başlayıblar./axar.az