ABŞ prezidenti Tramp 19 fevralda Vaşinqtonda Qəzza Sülh Komitəsinin üzvləri ilə görüşəcək.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bazar günü Qəzza Sülh Komitəsinin üzv dövlətlərinin cümə axşamı Vaşinqtonda görüşəcəyini açıqladı.
Tramp sosial media platforması Truth Social-da paylaşım edərək bildirib: "19 fevral 2026-cı ildə Vaşinqtonda Donald J. Tramp Sülh İnstitutunda Sülh Şurasının üzvləri ilə yenidən görüşəcəyəm. Orada üzv dövlətlərin Qəzzada humanitar yardım və yenidənqurma işləri üçün 5 milyard dollardan çox ianə ayırdığını elan edəcəyik."
O, həmçinin əlavə edib ki, üzv dövlətlər "Qəzza xalqının təhlükəsizliyini və sülhünü təmin etmək üçün Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə və yerli polis qüvvələrinə minlərlə işçi təyin ediblər".
Ötən ay Ağ Ev Trampın müharibədən zərər çəkmiş bölgə üçün 20 maddəlik planının bir hissəsi olaraq, hakimiyyətin ötürülməsinə nəzarət etmək üçün Qəzza Administrasiyası üzrə "texnokratik" Milli Komitənin yaradıldığını elan etdi.
Aytən Yaşar/ Turkustan.az