Toylarda köhnə yeməklər: Şadlıq sarayları məsuliyyətdən necə yayınır?


Sabirabadda keçirilən toyda qonaqlara iki-üç gündən qalmış yeməklər təqdim edilib. Toydan sonra şadlıq sarayının mətbəxinə daxil olan toy sahibi obyektin rəhbərliyinin toydan qalan yeməkləri gizlətdiyini aşkarlayıb.

Son vaxtlar toydan qalmış yeməklərin və salatların təzə ad altında süfrəyə verilməsi ad hal alıb.

Mütəxəssislər bildirirlər ki, toylarda baş verən zəhərlənmə hallarının da kökündə məhz bu problem dayanır. Toy sahibinə qalmış yeməyi təzə adı altında təqdim edən şadlıq evlərinin rəhbərlərinə hansı cəzanın gözlədiyi məsələsi gündəmə gəlib.

Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında deyib ki, danışıqlar əsasən toy sahibi ilə şadlıq sarayının rəhbərliyi arasında aparılır:

"Əslində, istədiyin şadlıq sarayı, restoran və ya kafenin xidmətindən istifadə edirsənsə, deməli onların arasında ictimai iaşə müqaviləsi var. Müqavilədə göstərilir ki, yeməklər, salatlar, bir sözlə, hər şey təzə olmalıdır".

Əkrəm Həsənov əlavə edib ki, bunun üçün bir neçə cəza növü mövcuddur:

"Qarşı tərəf öhdəliyini pozarsa, toy sahibi məhkəməyə müraciət edə və ya Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edə bilər. Həmin agentlik ictimai iaşə obyektini cərimələyə bilər".


MANŞET XƏBƏRLƏRİ