ABŞ prezidenti Donald Tramp Qəzza Sülh Komitəsinə üzv ölkələrin Qəzzanın yenidən qurulması üçün 5 milyard dollar yardım ayırdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Tramp özünün Truth Social hesabında verdiyi açıqlamada Sülh Şurasının işi ilə bağlı fikirlərini bildirib.
Tramp Qəzza üçün yaradılan Sülh Komitəsinin regionun yenidən qurulmasında mühüm rol oynayacağını bildirib və indiyə qədər çoxsaylı ölkələrin Komitəyə rəsmi olaraq qoşulduğunu qeyd edib.
ABŞ prezidenti bildirib ki, 19 fevral Cümə axşamı günü Vaşinqtonda keçiriləcək mərasimdə Şuraya üzv ölkələrin Qəzzada humanitar yardım və yenidənqurma işlərinə 5 milyard dollardan çox ianə etdiyini elan edəcək.
Aytən Yaşar/ Turkustan.az