“Sağlamlıq üçün tibbi təfəkkürün inkişafı” layihəsi çərçivəsində yekun tədbir İmişlidə keçirilib - FOTOLAR


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Sağlamlıq üçün tibbi təfəkkürün inkişafı” layihəsi çərçivəsində yekun tədbiri İmişli rayonunda 8 avqust tarixində keçirilib.

QHT.az xəbər verir ki, tədbirə rayon əhalisi və həmçinin İmişli Rayon İcra Hakimiyyətinin humanitar məslələr şöbəsinin müdir müavini Rüfət Muradov və digər qurumların təmsilçiləri qatılmışdı. Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva bildirib ki, layihə çərçivəsində İmişli rayonunda tibbi maarifləndirmə tədbiri yüksək səviyyədə keçirildi:

"Dəstəyə görə hər kəsə təşəkkür edirik. Qeyd edim ki, beynəlxalq tibb təşkilatlarının araşdırmalarına görə, artıq çəkidən, piylənmədən əziyyət çəkənlərin sayı artmaqda davam edir. Məlumatlara görə 2035-ci ilədək bu kateqoriyadan olan xəstələrin sayı 4 milyarda çatacaq. Onların müalicəsinə isə 4 trilyondan artıq vəsait tələb olunacaq. Artıq bütün bunlar ciddi sosial problemə çevrilmə ehtimalını artır".

QHT sədri onu da bildirdi ki, öncə tədbir iştirakçılarına 15 sualdan ibarət tibbi maarifləndirici test vərəqi paylanıldı:

"Ümumiyyətlə, layihədə irəli sürülmüş ideya, insanların sağlamlıq məsələləri ilə bağlı məlumatlandırılması işi auditoriyanın böyük marağına səbəb oldu. Daha sonra auditoriyanın sualları cavablandırdı. Hətta iştirakçılar belə tədbirlərin davamlı keçirilməsini səsləndirdilər. Tədbirin sonunda testin nəticələri elan olunması ilə iştirakçılar öz sağlamlıq durumu haqqında məlumat əldə etdilər. Auditoriyaya sağlamlıq durumu və tibbi təfəkkürün inkişafı ilə bağlı tövsiyələr edildi. Həmçinin tədbir iştirakçılarına əlavə test vərəqələri sonradan verildi ki, onlar da yaxınlarını, ailə üzvlərini, iş yoldaşlarını və digər şəxsləri tibbi test yoxlaşına cəlb etsinlər".

Fotolar


MANŞET XƏBƏRLƏRİ