“Rusiyanın genetikasında qonşularının torpaqlarını ələ keçirmək ambisiyaları var”.
Turkustan.az xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis deyib.
“Onlar təkcə indi Ukraynaya qarşı aqressiv deyillər, bu, keçmişdə də belə olub. Sadəcə bunu unutmuşuq. Moskva təkcə yaxın gələcəkdə deyil, yüz ildən sonra da uzunmüddətli təhlükə olaraq qalacaq. Onlar hər an hücuma keçə bilərlər”, – bildirib.
Xatırladaq ki, bir gün əvvəl Litva prezidenti Gitanas Nauseda da Rusiyadan ehtimal edilən hücum təhlükəsinin olduğunu bəyan etmişdi. /globalinfo.az/