“Haramdır” deyilən əməllərlə bağlı gerçəklər ortaya çıxdı – Şok Peyğəmbər detalı


Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatının rəsmi olaraq şahmatı qadağan etməsi müzakirələrə yol açıb. Onların fikrincə, bu oyun islam normalarına ziddir və əfqanların dini inancına uyğun deyil.

İslam dinində yarışlar, müxtəlif oyunlar, toy, ad günü, şənlik keçirmək, rəsm, rəqs, idmanla məşğul olmaq və digər əyləncələr haramdırmı? Müasir dövrdə məsələyə radikal yanaşma nə dərəcədə doğrudur? Quranda bunu qadağan edən ayə varmı?

Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyib ki, bütün səmavi və ilahi dinlərdə rəsm, rəqs, musiqi, toy, şənlik, ad günü qeyd etmək və digər əyləncələr qədim zamanlarda haram hesab edilib:

“Bu məsələlərdə radikal və həddən artıq yumşaq yanaşmalar deyil, sağlam dini mənbələrə əsaslanan orta yol daha məqbul sayılır. “Qurani-Kərim”də musiqi, rəqs, rəsm və oxşar fəaliyyətlərin birbaşa qadağan olunduğunu bildirən konkret bir ayə yoxdur. Amma məsələn, Luqman surəsi, 6-cı ayədə bəzən “lağv sözlər” – “insanları Allah yolundan azdıran əyləncəli sözlər” kimi tərcümə olunaraq musiqi ilə əlaqələndirilib. Lakin bu ayənin səbəbi-nüzulu və təfsiri göstərir ki, burada məqsəd insanı Allahın zikrindən və imandan yayındıran hər cür məzmunsuz əyləncə və boş danışıqdır. Hətta bəzi təfsirçilər bu ayənin musiqiyə deyil, bütpərəstlərin Qurana qarşı uydurduqları əfsanələrə və mənasız söhbətlərə işarə etdiyini söyləyiblər. Digər tərəfdən, peyğəmbərimizin həyatında bəzən musiqiyə və şənliyə şərait yaradıldığını görürük. Məsələn, hədislərdə bildirilir ki, Həzrət Muhəmməd (s) hicrətdən sonra Məkkədən gələn bir qıza qarşı qadınların dəf çalaraq şənlik etməsinə icazə verib, onları dayandırmaq istəyən Həzrət Əbu Bəkiri saxlayıb və “İcazə verin, sevinsinlər, bayram günüdür” – deyib. Hətta peyğəmbər bəzi toy mərasimlərinə qatılıb, insanların şənlik etməsini qadağan etməyib. Bu, islamın təbii sevinc və insan münasibətlərini haram saymadığını göstərir”.

ekrem 5

Əkrəm Həsənov

İlahiyyatçı bildirib ki, şəriətdə musiqi və rəqslə bağlı müəyyən hədlər mövcuddur:

“Yəni musiqi və şənlik haram sözlər və pozğun məzmuna malik olmamalı, insanın əxlaqına, ailə mühitinə zərər vurmamalı, ibadətlərdən və dindən yayındırmamalıdır. Klassik dövrdə bəzi alimlər canlı varlıqların təsvir edilməsini bəyənilməyən və ya haram sayıblar. Səbəb isə həmin dövrdə bütpərəstlik anlayışının güclü olması, təsvirlərin bütlərə çevrilməsi ehtimalı idi. Lakin müasir dövrdə bu təhlükə yoxdur. Həmçinin islam tarixində minlərlə illüstrasiya, miniatür, xəttatlıq və rəsmlə bəzədilmiş əlyazmalar mövcuddur. Quran və sünnədə canlı varlıq rəsmlərinin qadağan edilməsi yoxdur, əgər onlar ibadət və ya təzim məqsədi ilə hazırlanırsa, bu zaman tənqid olunub”.

Ə.Həsənov qeyd edib ki, ad günü qeyd etmək də dinin qadağan etdiyi məsələ deyil:

“Problem həmin tədbirlərdə edilən israf, haram musiqilər, əxlaqsız davranışlardır – bu hallar günah sayılır. Radikal yanaşmalar insanları dindən uzaqlaşdırır, gəncləri qorxudur, cəmiyyətdə fanatizm və qarşıdurmalar yaradır. Bu, islamın ruhuna ziddir və cəmiyyətə mənfi təsir göstərir”.


MANŞET XƏBƏRLƏRİ