Türkiyənin xarici işlər naziri Hakan Fidan etiraf edib ki, yaxın günlərdə Ukrayna ilə bağlı münaqişə tərəfləri bir araya gələcək.
Turkustan.az xəbər verir ki, Vladimir Putin Rusiya və xarici mediaya müraciət edərək Ukraynanın mayın 15-də İstanbulda ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməsini təklif edib.
Mayın 11-də ABŞ prezidenti Donald Tramp Kiyev hakimiyyətini Rusiya prezidentinin Türkiyədə danışıqlara dair təklifi ilə dərhal razılaşmağa çağırıb.
Öz növbəsində, Zelenski cümə axşamı Putini Türkiyədə gözləyəcəyini bildirib.
"İnanıram ki, yaxın günlərdə tərəflər kompromis axtarmaq üçün bir araya gələcəklər. İndi bildiyiniz kimi, Ukrayna tərəfi əvvəlcə atəşkəsə ehtiyac olduğunu bəyan edir, sonra danışıqlar, Rusiya tərəfi danışıqlar, sonra atəşkəs elan edir... Bu, normal prosesdir. Biz tərəflərin bir araya gəlməsini və atəşkəsi təmin etməsini istəyirik", - deyə Fidan vurğulayıb./yenisabah.az