Masallıda 25 qadını daşıyan "Qazel" niyə saxlanıldı? - İddialara CAVAB


Masallı rayonunda yük yerinə 25 nəfər qadının mindirildiyi "Qazel" markalı nəqliyyat vasitəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən əkin sahələrinə gedən yolda saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülərlə bağlı araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin nəqliyyat vasitəsinin yük yerində 25 qadının daşındığına və sərnişindaşıma qaydalarının kobud şəkildə pozulduğuna görə Yol Patrul Xidmətinin əməkdaşları avtomobili saxlayıb.

Yük yerində daşınan qadınlardan biri sürücü barəsində inzibati protokol yazılmasın deyə özünü yerə yıxaraq polisin qanuni tədbirlər görməsinin qarşısını bu üsulla almağa cəhd edib. Aşkarlanan inzibati xəta ilə bağlı protokol tərtib olunub.

Həmin şəxslərə qarşı polis tərəfindən hər hansı fiziki müdaxilə olmayıb. Bununla bağlı da müvafiq araşdırma aparılıb. Polis əməkdaşlarının hərəkətlərində hər hansı neqativ hal yoxdur, iddialar əsassızdır, həqiqəti əks etdirmir.


MANŞET XƏBƏRLƏRİ